22 noyabr 2022-ci il tarixində saat 11:00-da Dövlət Əmək Müfəttişliyi Xidməti "Əmək və icra intizamının təmin edilməsi qaydaları. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti" mövzusunda növbəti onlayn maarifləndirmə tədbiri keçirəcək.
Tədbirin çıxışçıları Xidmətin Bakı şəhər İdarəsinin əməkdaşlarıdır.
Onlayn tədbirlərdə iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə elektron qaydada (demx-metbuat@sosial.gov.az) müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.
QEYD: Onlayn görüşlərdə iştiraka dair link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.