Ümumi müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
vakant vəzifəni təqdim etmiş dövlət orqanında və ya digər dövlət orqanında #inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər;
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun #xüsusi növündə qulluq (xidmət) keçən və xüsusi, #hərbi, diplomatik rütbəsi olan, habelə həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi, hərbi, diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər;
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar #ehtiyat #kadrlar siyahısında daxil edilən və hazırda ehtiyat kadrlar siyahısında olan şəxslər;
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 17 fevral 2022-ci il tarixindən 18 mart 2022-ci il saat 18:00-dək Dövlət İmtahan Mərkəzinin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir.
Elan edilmiş ümumi müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi müsahibəyə çıxarılmış vakant vəzifələr:
1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin Aparatı, Daxili nəzarət şöbəsi, baş məsləhətçi - baş əmək müfəttişi (1 yer)
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Yerli bölmələri, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı Şəhər İdarəsi, Hüquq sektoru, baş məsləhətçi (1 yer)
3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Yerli bölmələri, Gəncə Regional Ərazi Şöbəsi, baş məsləhətçi - hüquqşünas (1 yer)