28 iyun 2022-ci il tarixində saat 11:00-da Dövlət Əmək Müfəttişliyi Xidməti "Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar" mövzusunda növbəti onlayn maarifləndirmə tədbirini keçirəcək.
Tədbirin təlimçisi Xidmətin Qazax-Tovuz regional şöbəsinin əməkdaşlarıdır.
Onlayn tədbirlərdə #iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinə #elektron qaydada (demx-metbuat@sosial.gov.az) #müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mailinin qeyd olunmağı xahiş edilir.
QEYD: Onlayn görüşlərdə iştiraka dair #link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.