Xidmət 4 mart 2022-ci il tarixində saat 11:00-da "Qadınların və fiziki məhdudiyyətli şəxslərin əmək hüquqları" mövzusunda onlayn görüş keçirəcək.
Tədbirin təlimçiləri Xidmətin Bakı Şəhər İdarəsinin əməkdaşlarıdır.
Onlayn tədbirlərdə #iştirak etmək istəyən işəgötürənlər qeydiyyatdan keçmək üçün Xidmətə #elektron qaydada (demx-metbuat@sosial.gov.az) #müraciət edə bilərlər. Müraciətdə müəssisənin adı, iştirak edəcək şəxsin ad, soyad, ata adı, əlaqə nömrəsi və e-mail ünvanının qeyd olunması xahiş olunur.
QEYD: Onlayn görüşlərdə iştiraka dair #link yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcək.