Görüşdə uşaqların əmək hüquqları, Xidmətin bu istiqamətdə fəaliyyəti barədə ətraflı məlumat verilib.
Tədbir zamanı Xidmət tərəfindən çəkilmiş uşaqların əmək hüquqları ilə bağlı videoçarx və uşaqların valideynlərinin Xidmətin fəaliyyətində rolu barədə təqdimat nümayiş etdirilib.
Uşaqlar gələcək planları barədə məlumat verib, uşaq əməyi ilə bağlı bildikləri və yeni öyrəndikləri biliklər barədə Xidmətin rəhbər heyətinə suallar verib. Valideynləri ilə qürur duyduqlarını bildiriblər.
Sonda uşaqlara maarifləndirici bukletlər və hədiyyələr təqdim olunub.