✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
29.03.23

2023-2026-cı illərdə 11 yeni Regional DOST Mərkəzi açılacaq

×

Ötən ilin dekabr ayında 5 saylı Bakı DOST Mərkəzinin açılışı ilə artıq paytaxt və Abşeron rayonu DOST xidmətləri ilə tam əhatə olunub.  2023-2026-cı illərdə 11 yeni Regional DOST Mərkəzinin, həmçinin 55 DOST filialının və  SMART DOST məntəqələrinin yaradılması planlaşdırılır. Bu barədə DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclasında bildirilib.  

Şuranın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ilin may ayında DOST Agentliyi və bundan sonra 6 DOST mərkəzinin açıldığını, Regional DOST infrastrukturunun qurulması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb. O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyasının sosial sahələr üzrə 154 xidmətin “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ əsasda təqdim olunmasına imkan verdiyini vurğulayıb.

Bu ilin ötən dövründə DOST Mərkəzlərində 165 minə yaxın, ümumilikdə ötən dövrdə 1 milyon 434 mindən çox vətəndaşa xidmət göstərildiyi,  bu xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsinin 98,5 faiz təşkil etdiyi bildirilib. 

Qeyd olunub ki, Azərbaycanın uğurlu sosial islahat nümunəsi olan DOST təcrübəsi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Bunun təzahürü kimi, ötən il DOST Agentliyi 8 beynəlxalq mükafatla təltif edilib. Beynəlxalq müsabiqələrdə 2 layihə üzrə finalçı seçilən Agentlik  4 beynəlxalq ISO sertifikatı da əldə edib.

Regional DOST infrastrukturunun qurulması ilə bütün ölkə əhalisi, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin sakinləri DOST xidmətləri ilə tam əhatə olunacaq. Eyni zamanda, innovativ yanaşmaların və texnoloji həllərin tətbiqinin genişləndirilməsi, DOST xidmətlərinin inkişafı və istifadəçi rahatlığının təmin edilməsi, müyəssərliyin artırılması, beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

İclasda DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin fəaliyyəti, o cümlədən 2023-cü ilin ötən dövründə əhaliyə göstərilən DOST xidmətlərinə,  Çağrı mərkəzi 142-nin fəaliyyətinə,  Agentliyin hədəflərinə dair təqdimatla çıxış edib.

Müşahidə Şurasının iclasında DOST Agentliyinin fəaliyyəti ilə bağlı məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti