✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
28.02.25

Ağdaşda “Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda konfrans keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağdaşda konfrans keçirilib. 

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər” mövzusunda keçirilən konfransda Ağdaş Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Orxan Hüseynzadə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Sahibkarlar  (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və işəgötürənlər iştirak edib.
 
Konfransı giriş sözü ilə açan Ağdaş RİH-nin başçısı Orxan Hüseynzadə rayonda  təşkil olunan bu konfransın əhəmiyyətini, əmək və məşğulluq sahəsində aparılan islahatlarla bağlı onların maarifləndirilməsində önəmini qeyd edib. 

Sonra panel müzakirələr keçirilib. “Əmək münasibətləri və məşğulluq sahəsində yeniliklər və perspektivlər” mövzusunda keçirilən ilk paneldə O.Hüseynzadə, V.Quliyev və S.Əliyev spiker qismində çıxış edib, mövzu ilə bağlı sualları cavablandırıblar.

V.Quliyev son illər aparılan sosial islahatlar, bu islahatlar çərçivəsində Xidmətin həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Əmək münasibətlərinin rəsmiləşdirilməsi və bu münasibətlərin tənzimlənməsi üzrə qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən tətbiq edilən yeni rəqəmsal həllərdən, onların işəgötürənlər və işçilər üçün yaratdığı imkanlardan bəhs edib.

Ötən il əməyin mühafizəsi sahəsində 57 milli standartın təsdiq edildiyi, əməyin təhlükəsizliyi üzrə yeni layihələrdən olan “Nümunəvi işəgötürən” layihəsinin regionlarda, o cümlədən Ağdaşda tətbiqindən gözlənilən faydaları sahibkarların diqqətinə çatdırılıb.

 Bildirilib ki, əmək münasibətlərinin tənzimlənməsi və əməyin mühafizəsinin təmini istiqamətində edilən son qanunvericilik dəyişiklikləri, tətbiq edilən rəqəmsal həllər və başlanılan yeni layihələr işəgötürənlər tərəfindən əmək qanunvericiliyin pozulması hallarının qarşısının alınması üçün preventiv və proaktiv tədbirləri genişləndirir.

S.Əliyev Dövlət Məşğulluq Agentliyində yeni konsepsiyaya uyğun olaraq karyera məsləhətçisi institutunun yaradıldığını, mütəmadi olaraq karyera məsləhətçiləri ilə işəgötürənlərin görüşlərinin keçirildiyini, onların tələblərinin öyrənildiyini bildirib.

 Qeyd edib ki, hazırda işəgötürənlərlə peşə hazırlığı, vakansiya bankı, əmək yarmarkalarının təşkili, birgə maliyyələşmə proqramı istiqamətində əməkdaşlıq edilir. Yaxın zamanda isə bu siyahıya kvotadan əlavə iş yerlərinin maliyyələşdirilməsi və məqsədli proqramlar da daxil ediləcək. 

Konfransın ikinci paneli “Layiqli əməyin təmini: rəqəmsal həllər və yeni iş imkanları” mövzusunda olub. İlk olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti ilə bağlı təqdimatlar edilib, daha sonra suallar cavablandırılıb. 

Tədbirdə, həmçinin əmək münasibətləri, əməyin mühafizəsi və məşğulluğa dair videoçarxlar nümayiş olunub. 

Həmçinin sahibkarlarla birgə dəyirmi masa keçirilib, onları maraqlandıran suallar cavablandırılıb və təklifləri dinlənilib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti