Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində analığın mühafizəsi və qadınların əmək hüquqlarına dair məlumat kitabçaları paylanıb.
Kitabçalar təqdim olunaraq qadınlara əmək hüquqları, analığın mühafizəsi və qanunvericilikdə nəzərdə tutulan təminatlar barədə məlumat verilib.
Məqsəd qadınların əmək hüquqları barədə məlumatlılığın artırılması, analığın mühafizəsinə dair qanunvericiliyin təşviqi və bu istiqamətdə cəmiyyətdə maarifləndirmənin gücləndirilməsidir.