✕
| "142" Çağrı mərkəzi
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənə və işçilərə əmək qanunvericiliyinin tətbiqi, o cümlədən elektron əmək müqaviləsinin bağlanılması, onda dəyişiklik edilməsi və ya xitam verilməsi ilə bağlı metodiki kömək göstərilməsi
    • İş yerlərində əməyin mühafizəsi xidmətlərinin yenidən təşkilinə və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
    • İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıq üzrə məsləhət və metodiki dəstək xidmətlərinin göstərilməsi
    • Əməyin mühafizəsi sahəsində təlimlərin keçirilməsi
    • Əmək qanunvericiliyinə əməl olunması üzrə təchizatçının uyğunluq göstəricisinə dair dövlət nəzarəti orqanı tərəfindən arayışın verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • NK Qərar və Sərəncamları
    • Prezidentin Sərəncamları
  • Media
    • Press-reliz
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Ana səhifə
  • Media
  • Press-reliz
31.10.24

Ankarada keçirilən ikitərəfli görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb

×

Ankarada əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhan ilə görüşüb.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətləri, fəal siyasi dialoq nəticəsində ikitərəfli əməkdaşlığın daim möhkəmləndiyi, ölkələrimiz arasında münasibətlərin müttəfiqlik səviyyəsində olduğu vurğulanıb. 

Regional və beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirilən əlaqələrimizin əmək, məşğulluq, sosial müdafiə sahələrini də əhatə etdiyi bildirilib. Bu sahələrdə ötən dövrdə 8 əməkdaşlıq sənədinin imzalandığı, pensiya təminatı üzrə də yeni əməkdaşlıq sənədi layihəsinə baxılmaqda olduğu qeyd edilib.  

S.Babayev və Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev arasında keçirilən görüşdə nazir 15 il əvvəl yaradılan TDT-nin üzv ölkələr arasında qısa müddətdə müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm uğurlar əldə etdiyini bildirib. O, təşkilata üzv ölkələrin əmək və sosial müdafiə qurumları arasında əmək və sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsinin vacibliyini qeyd edib. 

TDT çərçivəsində ailə və sosial siyasət məsələləri üzrə əməkdaşlıq platformasının mövcud olduğunu bildirən S.Babayev təşkilat çərçivəsində əmək və məşğulluq üzrə işçi qrupunun da yaradılması, əmək və məşğulluq məsələlərinə cavabdeh nazirlərin mütəmadi iclaslarının keçirilməsi təklifini diqqətə çatdırıb. K.Ömüralıyev təşkilata üzv dövlətlər arasında əmək və sosial müdafiə sahəsində də əlaqələrin genişlənməsinin qarşılıqlı faydalı olduğunu, bu istiqamətdə TDT-nin səylərini davam etdirəcəyini vurğulayıb. 

S.Babayev Şimali Kipr Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Sadık Gardiyanoğlu ilə də görüşüb. Son dövrlərdə ikitərəfli təmasların dinamikasında ciddi artım olduğunu vurğulayan S.Babayev Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat verib. S.Gardiyanoğlu ikitərəfli əməkdaşlığın mütəmadi genişlənməsinin məmnunluq doğurduğunu və bu istiqamətdə səylərin qarşıdakı dövrdə də davam edəcəyini bildirib. 

Görüşlər TDT-yə üzv dövlətlərin əmək və sosial müdafiə qurumlarının nümayəndələrinin iştirakı ilə Ankarada “Türk dövlətlərində sosial müdafiə, əmək və sosial xidmətlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: "142" Çağrı mərkəzi - Çağrı mərkəzi

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti