Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin nümayəndə heyətləri arasında onlayn görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirliyin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzinin və Tacikistan Respublikasının Əmək, Miqrasiya və Əhalinin Məşğulluğu Nazirliyinin nümayəndələri görüşdə iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd Azərbaycan və Tacikistan Respublikalarının müvafiq dövlət qurumları arasında qarşılıqlı əməkdaşlığa dair imzalanmış 2024-2025-ci illər üzrə Tədbirlər Planında nəzərdə tutulan tapşırıqların icrasının təmin edilməsi olub.
Tədbirlər Planına əsasən görülən işlərə, aparılan islahatlara, əməyin mühafizəsi və rəqəmsallaşma istiqamətlərindəki son yeniliklərə dair müzakirələr aparılıb və təqdimatlarla çıxışlar edilib.
Təcrübə mübadiləsinin aparıldığı görüşdə hər iki tərəfi maraqlandıran suallar cavablandırılıb və əməkdaşlığın genişləndirilməsi üçün növbəti mərhələdə atılacaq addımlar müzakirə olunub.