Əmək və məşğulluq sahəsində əməkdaşlığa dair Azərbaycan- Türkiyə-İndoneziya nümayəndə heyəti arasında üçtərəfli görüş (onlayn) keçirilib.
3 tərəfli əməkdaşlığın genişləndirilməsi məqsədini daşıyan bu Vebinar İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi tərəfindən təşkil edilib.
Sözügedən vebinarda "İş yerində biolojitəhlükələr", "İş yerində mental sağlamlıq" və "İşçilər üçün sosial təminat: iş yeri itirildikdə təminat"üzrə çıxışlar dinlənilib.
Azərbaycandan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin iştirak etdiyi görüşdə, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində "Əməyin Mühafizəsi Mərkəzi" PHŞ-nin İdarə Heyətinin sədri İlham Həsənov "İş yerində bioloji təhlükələr" mövzusunda təqdimat ilə çıxış (ingilis dilində) edib.
Təqdimatda iş yerində bioloji risklərin azaldılması təcrübələri, qarşıya çıxan çətinliklər və irəliləyişlər paylaşılıb.
Daha sonra Nazirliyin Əmək siyasəti şöbəsinin əməkdaşı Orxan Nadirov və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əməkdaşı Fuad Gülməmmədov çıxış ediblər.
Sözügedən görüş sual-cavab formatında davam etdirilib.
Vebinarda nazirliklər arasında bilik və təcrübə mübadiləsi aparılıb, müvafiq sahədə əməkdaşlığa dair strategiyaların inkişaf etdirilməsi barədə danışılıb.