Paytaxt məktəblərində əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə növbəti maarifləndirmə tədbiri təşkil olunub.
Tədbirdə ümumi təhsil müəssisəsinin 40-a yaxın şagirdi iştirak edib. Görüş zamanı iştirakçılara əməyin mühafizəsinin cəmiyyət və fərdi sağlamlıq üçün əhəmiyyəti, təhlükəsizlik və yanğından mühafizə qaydaları, əmək fəaliyyəti zamanı hüquq və vəzifələr, həmçinin tətbiq olunan standartlar və “Vision Zero” yanaşmasının əsas prinsipləri barədə məlumat verilib.
Əməyin mühafizəsi tələblərinə riayət olunması xəsarət və risklərin qarşısının alınmasına, sağlamlığın qorunmasına və təhlükəsiz əmək mühitinin formalaşmasına xidmət etməsinə dair məlumat verilib.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.