Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam edir.
Bakı şəhəri 7 nömrəli tam orta məktəbdə keçirilən növbəti maarifləndirmə tədbirində 100 məktəbli iştirak edib.
Tədbir çərçivəsində iştirakçılara əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydaları, həmçinin əmək fəaliyyəti zamanı hüquq və vəzifələr barədə ətraflı məlumat verilib. Eyni zamanda yeni qəbul olunmuş standartlar və “Vision Zero” (“Sıfır Gözlənti”) yanaşmasına əsaslanan təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələləri diqqətə çatdırılıb.
Tədbir interaktiv formatda keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzular üzrə fikir mübadiləsi aparılıb.