Bərdə şəhərində ƏMAS-dakı yeniliklər və əməyin mühafizəsinə dair maarifləndirmə tədbiri keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, Xidmətin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi ilə birgə Bərdə şəhərində "ƏMAS-ın imkanları və yeniliklər. Əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri. İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları." mövzularında maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Qarabağ regionunda fəaliyyət göstərən müəssisələrin işəgötürənləri iştirak edib.
Təqdimatlar vasitəsilə çıxışlar edilib. ƏMAS-ın imkanları və yeniliklər barədə məlumat verilib, onlayn əmək müqaviləsinə keçidlə bağlı məqamlar diqqətə çatdırılıb.
Mərkəzin əməkdaşı da öz növbəsində əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və bədbəxt hadisələrdən sığorta, iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları üzrə qanunvericiliyin tələblərini qonaqların diqqətinə çatdırmaqla yanaşı qurum haqqında ətraflı məlumat verərək bildirib ki, Mərkəz əmək hüquqları, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində məsləhət xidmətləri göstərməklə, əməyin mühafizəsi üzrə standard, norma və qaydaların müəssisələrdə tətbiqinə mühüm dəstək göstərir.
Tədbirin sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.