✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
10.04.26

Bərdədə əmək qanunvericiliyi və əməyin mühafizəsinə dair maarifləndirmə tədbiri keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bərdə şəhərində maarifləndirmə tədbiri təşkil olunub. Tədbir “Əmək və icra intizamının təmin edilməsi qaydaları”, “İş yerlərində əməyin mühafizəsi” və “Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər” mövzularına həsr edilib.

Tədbirdə Nazirliyin, Xidmətin Qarabağ regional şöbəsinin əməkdaşları, həmçinin dövlət və özəl sektoru təmsil edən 80 nəfər iştirak edib.

Çıxışlar zamanı iş yerlərində əmək və icra intizamının təmin edilməsi qaydaları, əməyin mühafizəsinin təşkili və bu sahədə qanunvericiliyin tələbləri barədə məlumat verilib.

Bununla yanaşı, “Qanunu bil, həyatı asanlaşdır” şüarı altında əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, həyata keçirilən islahatlar çərçivəsində bir sıra normativ hüquqi aktlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib. Qeyd olunub ki, qəbul edilən dəyişikliklərin əsas məqsədi əmək münasibətlərinin daha da təkmilləşdirilməsi, işçi və işəgötürən hüquqlarının daha effektiv müdafiəsinin təmin edilməsi, həmçinin əmək bazarında şəffaflığın artırılmasıdır.

Eyni zamanda, dəyişikliklərin tətbiq mexanizmləri və praktiki icrası izah olunub, iştirakçıları maraqlandıran və ən çox sual doğuran məsələlər ətraflı şərh edilib, normativ tələblərin düzgün tətbiqi ilə bağlı müvafiq izahatlar verilib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti