✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
05.03.26

BƏT-in Beynəlxalq Təlim Mərkəzinin nümayəndələri ilə onlayn görüş keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşəbbüsü ilə Beynəlxalq Əmək Təşkilatının (BƏT) Beynəlxalq Təlim Mərkəzinin (ITCILO) nümayəndələri ilə onlayn görüş keçirilib.

Görüşdə əmək müfəttişliyi sahəsində yeni təlim üsullarının öyrənilməsi məqsədilə VR texnologiyaları və süni intellektə əsaslanan avatar məhsullarının tətbiqi imkanları barədə təqdimat edilib, bu sahədə mövcud həllər nümayiş etdirilib. Həmçinin həmin texnologiyaların əmək müfəttişlərinin peşə hazırlığında tətbiqi və mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Bildirilib ki, İtaliyanın Turin şəhərində yerləşən Beynəlxalq Təlim Mərkəzi əmək müfəttişliyi, əməyin mühafizəsi, sosial müdafiə, layiqli əmək, risk əsaslı nəzarət və rəqəmsallaşma sahələrində müxtəlif təlim proqramları həyata keçirir.

Qeyd olunub ki, VR texnologiyaları və süni intellektə əsaslanan avatar məhsulları əmək müfəttişlərinin real iş mühitinə yaxın şəraitdə praktiki bacarıqlarını inkişaf etdirməsinə və qərarvermə bacarıqlarının güclənməsinə kömək edir. Bu texnologiyaların tətbiqinin əmək müfəttişlərinin peşə hazırlığının və ümumilikdə müfəttişlik fəaliyyətinin səmərəliliyinin artırılmasına töhfə verə biləcəyi vurğulanıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti