✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
06.06.24

Beynəlxalq Əmək Konfransının sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub

×

Beynəlxalq Əmək Konfransının 112-ci sessiyasında (Cenevrə) iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sessiya çərçivəsində Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanla görüşüb.

Görüşdə iki nazirlik arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın bu il mayın 30-da Bakıda keçirilən 11-ci iclasının əlaqələrin daha da genişlənməsində önəmi qeyd edilib. İclasın yekunu olaraq imzalanmış Protokola əlavə olunan 2024-2025-ci illər üzrə Tədbirlər Planı əsasında görüləcək birgə işlərdən bəhs olunub. 

Sessiya çərçivəsində Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzu ilə keçirilən görüşdə S.Babayev moldovalı həmkarını Beynəlxalq Əmək Konfransının builki sessiyasının prezidenti seçilməsi münasibətilə təbrik edib.

Görüşdə sosial sahədə ikitərəfli əlaqələrin genişləndirilməsi üçün məqsədyönlü işlərin görüldüyü qeyd edilib. Bildirilib ki, Azərbaycanın DOST və sosial sahədə elektron xidmətlərlə bağlı təcrübələrini tətbiq etməkdə maraqlı olan ölkələrdən biri də Moldovadır. 

Bu sahədə aparılan fəal təcrübə mübadilələrinin önəmi vurğulanıb. Həmin ölkədə DOST modelinin tətbiqi ilə bağlı artıq ciddi addımların atıldığı, sosial xidmətlərin elektronlaşdırılması işlərinin davam etdiyi bildirilib. Moldovada DOST modeli əsasında ilk mərkəzin açılması üçün hazırlıq işlərinin aparıldığı qeyd edilib. 

S.Babayevlə İsveçrə Konfederasiyasının dövlət katibi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Əmək Direktorluğunun rəhbəri Boris Zürcherin görüşündə iki ölkə arasında əmək və məşğulluq sahəsində əməkdaşlığın genişləndirilməsi, fəal təcrübə mübadilələrinin aparılması üçün böyük potensial olduğu bildirilib. 

Azərbaycanda aparılan sosial islahatların uğurları, DOST konsepsiyası və dövlət sosial xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üçün müqavilə-hüquq bazasının yaradılması məsələlərinə dair fikir mübadiləsi aparılıb. 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti