Dünya Bankı Qrupunun “Business Ready” reytinq hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən türk iş adamları birlikləri üçün maarifləndirmə məqsədilə görüş keçirilib.
Görüş zamanı türk iş adamları birlikləri üçün “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” və “Biznes reytinqlər baxımından əmək münasibətləri və məşğulluğa dair qanunvericilikdə vacib məsələlər” mövzularında təqdimatlar nümayiş etdirilib.
Azərbaycanda biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə əmək qanunvericiliyi və inzibatçılığı sahəsində aparılan işlər haqqında geniş məlumat verilib.
Görüşün sonunda işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.
Məlumat üçün bildirək ki, “Business Ready” Dünya Bankı Qrupu tərəfindən hazırlanmış beynəlxalq müqayisəli layihədir. “Business Ready” dünyanın əksər iqtisadiyyatlarını əhatə edərək özəl sektorun inkişafı üçün biznes mühitinin kəmiyyət üzrə qiymətləndirilməsini təqdim edir.