✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
21.02.24

“Caspian Energy Club” Dövlət Əmək Müfəttişliyi Xidməti və Dövlət Məşğulluq Agentliyi ilə birgə növbəti forum təşkil edib

×

“Caspian Energy Club” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirlik tabeliyində Dövlət Məşğulluq Agentliyi birgə növbəti B2G forumu keçirib.

Neft və qeyri-neft sektoru üzrə dövlət və özəl şirkətlərin 120-dən çox nümayəndəsinin qatıldığı forumda Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli və Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva fəxri qonaq qismində iştirak ediblər.

İştirakçılara Dövlət Məşğulluq Agentliyinin fəaliyyəti, aktiv məşğulluq proqramları və bu proqramların genişləndirilməsi, habelə əmək bazarının təhlili, gənclərin gələcəyin əmək bazarına düzgün hazırlanması və dayanıqlı məşğulluqlarının təmini istiqamətində qurum tərəfindən aparılan işlər barədə məlumat verilib. Məşğulluq tədbirlərinin icrasında Agentliyin işəgötürənlərlə fəal əməkdaşlıq təcrübəsinin formalaşdığı qeyd edilib.

Həmçinin əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlər, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində aparılan islahatlar, bu sahədə elektron həllərin geniş tətbiqi ilə  bağlı atılan addımlar, “Əmək və Məşğulluq” altsisteminin əmək bazar iştirakçıları üçün üstünlükləri diqqətə çatdırılıb.

Sual-cavab sessiyasında sahibkarların sualları cavablandırılıb, təklifləri dinlənilib.

Tədbirdə Nazirliyin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin sektor müdiri Nicat Rəhmanlı tərəfindən Dünya Bankının B-READY hesabatının “İşçi qüvvəsi” indikatoruna dair təqdimat edilib.

Daha sonra Caspian Energy Club-un İdarə Heyətinin sədri və qrupun baş icraçı direktoru Telman Əliyev M.Abbasbəyliyə klubun Fəxri Üzvlük Sertifikatını təqdim edib və klub arasında açıq dialoq və əməkdaşlığın genişləndirilməsində yaradılan imkana görə təşəkkür edib.

Sonda isə Caspian Energy Club-a yeni üzv olan şirkətlərin nümayəndələrinə üzvlük sertifikatları verilib.

 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti