✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
03.04.25

Cenevrədə keçirilən beynəlxalq forumda Azərbaycanda aparılan sosial islahatlara dair məlumatlar verilib

×

Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində əldə olunan rəqəmsal uğurlar,
 işçi qüvvəsinin yaşıl iqtisadiyyata keçidlə bağlı yeni bacarıqlara yiyələnməsi 
üçün aparılan işlər diqqətə çatdırılıb.

Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) regionu üzrə “Hər kəs üçün Ədalətli Rəqəmsal və Yaşıl Keçidlər” mövzusunda 2025-ci il üçün Dayanıqlı İnkişaf Regional Forumu keçirilib. 

Beynəlxalq Əmək Təşkilatı, Beynəlxalq Telekommunikasiya İttifaqı və BMT-nin Avropa İqtisadi Komissiyasının birgə təşkil etdiyi forumda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev təmsil edib.

Tədbirdə çıxış edən V.Quliyev Azərbaycanda son illər aparılan sosial islahatlara dair məlumat verib. O, ölkədə əmək qanunvericiliyinin mütərəqqi beynəlxalq yanaşmalar əsasında təkmilləşdirilməsi istiqamətində atılan addımları qeyd edib. Həmçinin dövlət sosial xidmətlərinin elektron qaydada təqdim edilməsi, proaktiv xidmət mexanizmlərinin yaradılması, əmək münasibətlərinin rəqəmsallaşdırılması, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sistemində innovativ həllərin geniş tətbiqi sahəsində əldə olunan nailiyyətləri, “e-sosial” portalının və “Əmək və Məşğulluq” altsisteminin üstünlüklərini diqqətə çatdırıb. 

Ölkəmizdə işçi qüvvəsinin yaşıl iqtisadiyyata keçid üçün zəruri olan yeni bacarıqlara yiyələnməsi üçün aparılan işlər, yaşıl bacarıqların öyrədilməsinə hədəflənən peşə təlimləri və həssas əhali qruplarının əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsi üçün icra olunan proqramlar barədə məlumatlar verilib. Rəqəmsal və yaşıl keçidin inklüziv şəkildə həyata keçirilməsinin, xüsusilə həssas qruplar üçün bərabər imkanların yaradılmasının aparılan işlərdə prioritetlərdən olduğu qeyd edilib.

Habelə Azərbaycanın ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının 59 Konvensiyasını ratifikasiya etdiyi, ölkədə hökumət, həmkarlar ittifaqları və işəgötürənlərin təmsil olunduğu Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın sosial dialoqun və inklüziv əmək bazarının inkişaf etdirilməsi istiqamətində fəaliyyəti qeyd edilib.

Forumun gündəliyində ədalətli, yaşıl və rəqəmsal keçidlərin təmin olunması, rəqəmsal bacarıqların artırılması, əmək bazarının transformasiyası, məşğulluq və sosial müdafiə sistemlərinin müasir çağırışlara uyğunlaşdırılması ilə bağlı məsələlər əksini tapıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti