✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
08.09.25

Daha 18 milli standart hazırlanaraq təsdiq edilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrliyi ilə fəaliyyət göstərən “Əmək sahəsində” standartlaşdırma (AZSTAND/TK21) üzrə Texniki Komitənin fəaliyyət planına əsasən əməyin mühafizəsi üzrə daha 18 milli standart hazırlanaraq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi təsdiq edilib. Sözügedən standartlar fərdi mühafizə vasitələrinin təhlükəsizlik və texniki səmərəlilik tələblərini əhatə edir.

Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlar:

 

  • Qoruyucu geyimlər (ümumi tələblər, qaynaq və əlaqəli proseslər zamanı istifadə olunan qoruyucu geyimlər, həmçinin əllə idarə olunan zəncirli mişardan istifadə edənlər üçün qoruyucu geyimlər);
  • Metaltökmə zavodlarında və qaynaq işlərində ayaqqabılar;
  • Qoruyucu əlcəklər (təhlükəli kimyəvi maddələrə və mikroorqanizmlərə qarşı qoruyucu əlcəklər);
  • Göz və üzün mühafizəsi – “Sınaq üsulları”na dair tələbləri əhatə edir.

 

İş yerlərində işçilərə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi zamanı yeni standartların tələblərinə uyğun təşkil olunması, əməyin mühafizəsi qaydalarının təkmilləşdirilməsi, qüvvədə olan normalara və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühüm önəm kəsb edir.

Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə tərəfindən əmək sahəsi üzrə standartların hazırlanması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, əməyin mühafizəsi sahəsində 2025-ci il üzrə hazırlanması planlaşdırılan 111 standartdan 35-i artıq Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən dövlət standartı kimi qəbul olunub.

 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti