✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
13.06.25

DƏMX-də Özbəkistanın “Əmək üzrə vahid milli sistemi”nin texniki-proqram kompleksinin direktoru ilə görüş keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) Özbəkistan Respublikasının “Əmək üzrə vahid milli sistemi”nin texniki-proqram kompleksinin direktoru Sardor Taciboyev ilə görüş keçirilib.

Görüşün məqsədi əmək münasibətlərinin rəqəmsallaşdırılması sahəsində iki ölkə arasında təcrübə mübadiləsinin aparılması, əmək münasibətlərinin idarə olunmasında texnoloji həllərin tətbiqi və əmək müfəttişliklərinin funksional rolu barədə fikir mübadiləsindən ibarət olub.

Görüş zamanı Sardor Taciboyev rəhbərlik etdiyi “Əmək üzrə vahid milli sistem”in strukturu, məqsədləri və texniki imkanları haqqında ətraflı məlumat verib. O, sistemin işəgötürən və işçi münasibətlərinin rəqəmsal əsasda izlənməsi, əmək müqavilələrinin qeydiyyatı və şəffaflığın təmin olunmasındakı əhəmiyyəti vurğulayıb.

Xidmətin nümayəndələri Azərbaycanda əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar, ƏMAS sistemi və e-sosial.az platformasının funksionallığı barədə qarşı tərəfi məlumatlandırıblar.

Tərəflər əmək sahəsində rəqəmsallaşma üzrə əməkdaşlığın davam etdirilməsi və gələcəkdə təcrübə mübadiləsinin genişləndirilməsi barədə razılığa gəliblər.

 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti