✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
21.08.25

DƏMX-in nümayəndə heyəti Türkiyədə dünyanın ən qabaqcıl texnologiya mərkəzində olub

×

Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin Əməyin Mühafizəsi və Təhlükəsizliyi Baş İdarəsi rəhbərliyinin dəvəti ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyədə səfərdə olub.

Səfər çərçivəsində nümayəndə heyəti üçün Türkiyə Metal Sənayeçiləri Birliyi tərəfindən yaradılan MEXT Texnologiya Mərkəzinə infotur təşkil edilib. Nümayəndələr əməyin mühafizəsi sahəsində tətbiq olunan müasir texnologiyalar və iş prosesləri ilə yerində tanış olublar.

İnfoturda dünyanın ən qabaqcıl və əhatəli rəqəmsal transformasiya və bacarıq mərkəzlərindən biri hesab olunan MEXT Texnologiya Mərkəzinin fəaliyyəti yaxından izlənilib. Nümayəndələrə məhsuldarlığın və səmərəliliyin artırılması, israfın minimuma endirilməsi, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məqsədilə tətbiq edilən yeni istehsal modelləri, yaşıl və rəqəmsal transformasiyanı əhatə edən “əkiz transformasiya” prosesləri, texnologiya vasitəsilə uzaqdan idarəetmə sistemləri və ixtisaslaşdırılmış modellər barədə ətraflı məlumat verilib.

Sonda qurumlar arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və təcrübə mübadiləsi aparılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti