✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
10.07.25

“DOST Müfəttiş” layihəsi çərçivəsində “Caspian Energy Club”a üzv şirkətlərlə görüş keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada “Caspian Energy Club”a üzv şirkətlərlə “DOST Müfəttiş” layihəsi çərçivəsində görüş təşkil edilib.

Görüşdə Milli Observatoriyan İdarə Heyətinin sədri Elnur Səfərli, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, “Caspian Energy Club”un sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, eləcə də Kluba üzv şirkətlərin nümayəndələri iştirak ediblər.

E.Səfərli “DOST Müfəttiş” layihəsinin məqsədləri, əhatə dairəsi və bu təşəbbüsün əmək bazarında şəffaflığın təmin olunmasındakı rolundan bəhs edib. Layihənin işəgötürənlər üçün maarifləndirici və dəstək xarakteri daşıdığını, eyni zamanda əmək qanunvericiliyinə əməl olunmasına töhfə verdiyi vurğulanıb.

N.Mirzəyeva layihənin Dövlət Əmək Müfəttişliyi Xidməti ilə işəgötürənlər arasında səmərəli kommunikasiya vasitəsi olmasından, əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasında preventiv və metodiki əhəmiyyətindən bəhs edərək işəgötürənlərdə “özünü-qiymətləndirmə” ənənəsinin formalaşmasına müsbət təsirlərindən danışıb.

T.Əliyev belə görüşlərin özəl sektor üçün əhəmiyyətini vurğulayaraq gələcəkdə də dövlət və özəl sektor arasında  əməkdaşlıqların davam etdirilməsinin vacibliyini qeyd edib.

Daha sonra “DOST Müfəttiş” barədə işəgötürənlərə ətraflı məlumat verilib, layihənin məqsədləri, fəaliyyət istiqamətləri və müəssisələr üçün yaratdığı imkanlar izah olunub.

Sonda şirkət nümayəndələrinin sualları cavablandırılıb və müvafiq məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüş dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platforma kimi qiymətləndirilib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti