✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
17.07.25

“DOST Müfəttiş” layihəsi çərçivəsində KOB subyektləri ilə görüş keçirilib

×

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsi çərçivəsində KOB subyektləri ilə görüş keçirilib.

Kiçik və orta sahibkarlıq subyektlərini əmək qanunvericiliyi, əməyin mühafizəsi və insan resurslarının idarə olunması sahəsində maarifləndirmək, onların qarşılaşdığı praktiki çətinlikləri dinləmək və bu istiqamətdə dəstək göstərmək məqsədilə təşkil edilən tədbirdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Azər Rəhimov və KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov iştirak edib.

S.Hümbətov tədbirin dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Bildirilib ki, KOBİA tərəfindən sahibkarların hüquqi savadlılığının artırılması və sosial məsuliyyətlərinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır və  “DOST Müfəttiş”  kimi layihələr də məhz bu məqsədlərə xidmət edir.

E.Səfərli layihə barədə görüş iştirakçılarına məlumat verib. Bildirib ki, layihə çərçivəsində dövlət və özəl sektora aid müəssisələrdə əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi zamanı “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) tətbiqində qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün texniki və metodiki dəstək göstərilib. İnsan resurslarının idarə olunması sahəsində vəziyyət qiymətləndirilib, müəssisələrə fərdi yanaşma əsasında təlim və konsultasiyalar təqdim olunub.

KOBİA ilə əməkdaşlığın əhəmiyyətinə toxunan E.Səfərli qeyd edib ki, kiçik və orta sahibkarlar əmək bazarının çevikliyini təmin edən əsas qüvvədir və layihəyə yeni qoşulacaq müəssisələrə də bu istiqamətdə dəstək göstəriləcək.

A.Rəhimov əmək münasibətlərinin tənzimlənməsi və işçilərin hüquqlarının qorunmasının Dövlət Əmək Müfəttişliyi Xidmətinin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb. O, layihənin Xidmətlə işəgötürənlər arasında səmərəli kommunikasiya vasitəsi olmasından, əmək qanunvericiliyinin pozulmasının qarşısının alınmasında preventiv və metodiki əhəmiyyətindən bəhs edərək işəgötürənlərdə “özünü-qiymətləndirmə” ənənəsinin formalaşmasına müsbət təsirlərindən danışıb.

Sonda sahibkarların layihədə iştirak etməsi üçün təqdimat edilib, əmək qanunvericiliyinə dair suallar cavablandırılıb.

 

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti