Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində Əməyin Mühafizəsi Mərkəzi tərəfindən Nazirliyin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) əməkdaşları üçün “İlk yardım” mövzusunda təlimlər təşkil olunub.
Təlimlərin keçirilməsində məqsəd DOST RİM əməkdaşlarının peşəkar hazırlıq səviyyəsinin artırılması, iş mühitində təhlükəsizliyin və effektivliyin təmin edilməsi, eləcə də əməkdaşların sağlam və təhlükəsiz əmək şəraitində fəaliyyət göstərməsinə dəstək olmaqdır.
Təlimlər zamanı iştirakçılara iş mühitində psixoloji təhlükəsizliyin qorunması, stresin idarə olunması və emosional dayanıqlığın gücləndirilməsi ilə bağlı nəzəri və praktiki biliklər verilib. Bununla yanaşı, mümkün qəza və fövqəladə hallarda ilkin yardımın göstərilməsi qaydaları ətraflı izah olunub.
Qeyd edək ki, DOST RİM-in əməkdaşları üçün “İlk yardım” mövzusunda ümumilikdə 188 nəfərin iştirakı ilə 8 təlim təşkil olunub.