✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
22.01.26

Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair mətbuat konfransı keçirib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən “Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, əmək münasibətlərinin elektronlaşdırılması sahəsində ötən ildə görülmüş işlər və 2026-cı ilin hədəfləri” mövzusunda mətbuat konfransı keçirilib.

Tədbirdə çıxış edən Xidmət rəisi Vəli Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı sosial islahatların mərkəzində layiqli əməyin təmin edilməsi, əmək hüquqlarının etibarlı qorunması və əmək münasibətlərində şəffaflığın artırılması dayanır.

Xidmət rəisi, həmçinin qeyd edib ki, 16 yanvar 2026-cı il tarixində Prezident cənab İlham Əliyev tərəfindən əmək münasibətləri ilə bağlı qanunvericilikdə dəyişikliklər təsdiqlənib. Qəbul edilən dəyişikliklər əmək qanunvericiliyinin təkmilləşdirilməsinə, daha çevik və sosialyönlü tənzimləmə mexanizmlərinin tətbiqinə, eləcə də işçi hüquqlarının qorunmasının gücləndirilməsinə xidmət edir.

Bildirilib ki, 2025-ci il Dövlət Əmək Müfəttişliyi Xidməti üçün institusional inkişaf və əmək münasibətlərinin rəqəmsallaşdırılması baxımından mühüm mərhələ olub. İl ərzində vətəndaşlardan daxil olmuş 21 897 müraciət araşdırılıb, dövlət və özəl sektordan daxil olan 21 675 sorğu cavablandırılıb. Görülmüş tədbirlər nəticəsində vətəndaşlara 842 min manatdan çox gecikdirilmiş əməkhaqqı və digər ödənişlərin verilməsi təmin olunub, 89 işçi əvvəlki iş yerlərinə bərpa edilib.

Əmək münasibətlərinin elektronlaşdırılması istiqamətində mühüm irəliləyişlərin əldə edildiyi vurğulanaraq bildirilib ki, elektron əmək müqavilələrinin payı 96,23 faizə çatıb və 2025-ci ilin sonuna onların sayı 1,8 milyonu ötüb. “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) platformasında tətbiq edilən yeni funksionallıqlar, eləcə də 2025-ci ilin may ayından elektron audit mexanizminin istifadəyə verilməsi nəzarətin və şəffaflığın daha da gücləndirilməsinə imkan yaradıb.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə maarifləndirmə tədbirlərinin genişləndirildiyi, “DOST Müfəttiş” və “Nümunəvi müəssisə” layihələri çərçivəsində işəgötürənlərə metodiki dəstəyin gücləndirildiyi vurğulanıb.

Qeyd olunub ki, 2025-ci ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib və Xidmət 32 beynəlxalq mükafata layiq görülüb.

2026-cı il üçün əsas hədəflər kadr kargüzarlığının tam elektronlaşdırılması, əmək münasibətlərinə nəzarətin preventiv və rəqəmsal əsasda gücləndirilməsi, qeyri-formal məşğulluqla mübarizə mexanizmlərinin təkmilləşdirilməsi, əməyin mühafizəsi və maarifləndirmə tədbirlərinin genişləndirilməsi, əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti