Dövlət Əmək Müfəttişliyi Xidməti yeni qanunvericilik aktlarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklərin, əmək və məşğulluq sahələrində elektron xidmətlərin genişləndirilməsinə dair tədbirlərə başlayıb.
Bu tədbirlər çərçivəsində SOCAR-ın əməkdaşları üçün yeni Qanunvericiliyin tətbiqi ilə bağlı təlim keçirilib. Təlimdə ümumilikdə SOCAR-ın 25 təşkilatı iştirak edib. Təlim zamanı yeni qanunvericilik aktları, əmək və məşğulluq sahələrində e-xidmətlərin genişləndirilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.
İmzalanan yeni qanunvericilik aktlarının elektron hökumətin imkanlarının genişləndirilməsində, innovativ həllərin tətbiqində növbəti mühüm irəliləyişlərə əsas olduğu vurğulanıb.