Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər vəzifədə çalışan əməkdaşları üçün təlimlər keçirilir.
“Heyətin idarə edilməsi” mövzusunda təşkil edilən təlimlərdə liderlik bacarıqları və komanda işinin təşkili ilə bağlı məlumatlar verilib.
İş mühitində səmərəliliyin artırılması və tabelikdə olan işçilərin potensialının düzgün qiymətləndirilməsi istiqamətində müzakirələr aparılıb.