Əməyin mühafizəsi sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Birləşmiş Krallığın Britaniya Standartlar İnstitutunun (BSİ) Türkiyə nümayəndəliyi arasında onlayn görüş keçirilib.
Görüş zamanı əməyin mühafizəsi sahəsində beynəlxalq standartlar, təhlükəsizlik mədəniyyətinin formalaşdırılması, risklərin idarə olunması və bu sahədə tətbiq edilən müasir yanaşmalar üzrə qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb.
Onlayn görüş çərçivəsində tərəflər arasında gələcək əməkdaşlıq imkanları, eləcə də beynəlxalq təcrübənin milli praktikaya uyğunlaşdırılması məsələləri müzakirə olunub.
Keçirilən görüş əməyin mühafizəsi sahəsində institusional potensialın gücləndirilməsinə, qabaqcıl beynəlxalq yanaşmaların öyrənilməsinə və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə xidmət edir.