Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işğaldan azad olunmuş ərazilərdə bu il 46 maarifləndirmə tədbiri keçirib.
Tədbirlərdə işçi və işəgötürənlərdən ibarət 5000-ə yaxın şəxs iştirak edib.
Maarifləndirmə tədbirlərində iştirakçılara ölkəmizdə layiqli əməyin təminatı istiqamətində həyata keçirilən dövlət siyasəti, əmək qanunvericiliyinin tələbləri, eləcə də əməyin mühafizəsi qaydaları və təhlükəsiz iş şəraiti prinsipləri barədə ətraflı məlumat verilib.
Tədbir iştirakçılarına mövzu ilə bağlı yaddaş kitabçaları, bukletlər və digər təlimat xarakterli materiallar təqdim olunub, işəgötürən və işçilərin sualları cavablandırılıb.