Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran şəhərində “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirib.
Tədbirdə hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri, həmçinin Lənkəran-Astara regionunda yerləşən müəssisələrin işəgötürənləri iştirak edib.
“Heydər Əliyev və Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sisteminin qurulması” mövzusunda videoçarx nümayiş olunub.
Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar ilə bağlı ətraflı məlumat verilib. Əmək Məcəlləsinin müvafiq tələblərinə hər kəs tərəfindən əməl olunması diqqətə çatdırılıb.
Həmçinin iştirak edən dövlət orqanlarının nümayəndələri tərəfindən mövzu ətrafında çıxışlar edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.