✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
08.04.25

Dövlət Əmək Müfəttişliyi Xidməti Tovuzda işəgötürənlər üçün maarifləndirmə tədbiri keçirib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün Tovuzda "Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları" və “İş yerlərində əməyin mühafizəsi” mövzularında maarifləndirmə tədbiri keçirib.

Görüşdə 200 nəfər iştirak edib.

Tədbirin açılış nitqini Xidmətin Qazax-Tovuz regional şöbəsinin rəis müavini Anar Qocayev söyləyib. O, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən mütəmadi olaraq təşkil edilən maarifləndirmə tədbirlərinin əhəmiyyətindən bəhs edib, əmək qanunvericiliyinin tələblərinə əməl olunmasının vacibliyini vurğulayıb və müzakirə edilən mövzuların aktuallığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra regional şöbənin əməkdaşları Məhəmmədəli Cəfərov "Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları", Ruslan Hüseynov isə “İş yerlərində əməyin mühafizəsi” mövzusunda təqdimatlarla çıxış ediblər. Tədbir iştirakçılarına müəssisə və təşkilatlarda əmək müqaviləsinə xitam verilməsinin əsasları qanunvericiliyin tələblərinə uyğun olaraq izah edilib. Eyni zamanda təhlükəsiz və sağlam iş şəraitinin təmin edilməsi, əməyin mühafizəsi üzrə mütəxəssislərin bilik və bacarıqları, eləcə də iş yerlərində təhlükəsiz əmək mədəniyyətinin təkmilləşdirilməsi istiqamətində dövlət nəzarətinin rolu müzakirə edilib.

Tədbirdə həmçinin Nazirliyin digər qurumlarının nümayəndələri və sosial tərafdaşlar da iştirak ediblər.

Sonda müzakirə olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti