Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın “DOST Müfəttiş” layihəsi Böyük Britaniyanın “Corporate Vision” təşkilatının “Small Business Awards 2024” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Əmək qanunvericiliyinin düzgün tətbiqi sahəsində işəgötürənlər üçün mühüm qiymətləndirmə dəstəyi olan layihə “2024-cü ilin Ən Mükəmməl Qiymətləndirmə Layihəsi (Əmək Münasibətlərində)” nominasiyası üzrə mükafata layiq görülüb.