✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
03.03.23

Dövlət Əmək Müfəttişliyi Xidmətində aqrar sahədə fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının üzvləri olan işəgötürənlərlə görüş keçirilib.

Xidmətin rəisi Vəli Quliyev əmək qanunvericiliyinin tətbiqinə nəzarət mexanizminin təkmilləşdirilməsi, bu sahədə tətbiq olunan innovativ yenilikləri diqqətə çatdırıb. O, əmək qanunvericiliyinin pozulması hallarının, eləcə də qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində görülən işlər, həmçinin həyata keçirilən preventiv tədbirlər barədə məlumat verib. 

Ötən ilin may ayında istifadəyə verilən, vahid əmək münasibətləri platforması olan “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri, işçi və işəgötürənlər üçün faydaları diqqətə çatdırılıb. ƏMAS vasitəsilə əmək münasibətlərinə daimi nəzarətin və eyni zamanda bu e-sistem üzərindən işəgötürənlərə qanunvericilikdən irəli gələn tələblərlə bağlı məlumatların, izahların çatdırılmasının həyata keçirildiyi qeyd olunub. 

Əmək bazarı iştirakçıları arasında əmək qanunvericiliyinin tətbiqi barədə maarifləndirməyə, onlarla bu mövzuda sosial dialoqa xüsusi önəm verildiyi, hazırkı görüşün də bu istiqamətdə növbəti tədbir olduğu bildirilib. 

Müzakirələr formasında davam edən görüşdə aqrar sahədə işəgötürənlərin əmək qanunvericiliyinin tətbiqi sahəsində gördükləri işlərlə bağlı fikirləri, habelə təklifləri dinlənilməklə, bu sahədə onları maraqlandıran suallar da cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti