Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri ilə görüş keçirilib.
Görüşdə əmək qanunvericiliyinin təkmilləşdirilməsinə dair təkliflərin müzakirəsi, əmək hüquqları sahəsində birgə maarifləndirmə işlərinin aparılması, istehsalatda baş verən bədbəxt hadisələr ilə bağlı preventiv tədbirlərin görülməsi üzrə müzakirə aparılıb.
Sonda görüş iştirakçıları növbəti mərhələ üzrə birgə tədbirləri razılaşdırıb və bu kimi görüşlərin intensivliyinin artırılmasının önəmini vurğulayıblar.