Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində rəhbər vəzifələrdə çalışan əməkdaşlar üçün “Təşkilati mədəniyyət və idarəçilik” mövzusunda təlimlər təşkil olunub.
Təlimlərin məqsədi rəhbər heyətin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, təşkilati mədəniyyətin gücləndirilməsi, həmçinin peşəkar münasibətlərin, komanda işinin və qərarvermə proseslərinin təkmilləşdirilməsinə dəstək göstərməkdir.
Təlimlərdə iştirakçılar müasir idarəçilik modelləri, liderlik strategiyaları, etik davranış normaları, insan resurslarının effektiv idarə olunması və motivasiya alətləri barədə məlumatlandırılıb. Təlimlər zamanı real iş mühitindən götürülmüş situasiyalar üzərində praktiki müzakirələr aparılıb və tətbiq oluna biləcək yanaşmalar nəzərdən keçirilib.