Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları 44 günlük Vətən müharibəsində şəhid olmuş İsmayılov Eminin ailəsini Bakı şəhərində ziyarət ediblər.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən E.İsmayılov 44 günlük Vətən müharibəsində iştirakına görə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Ailə ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət əməkdaşları ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.