Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları Şuşanın azad eilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş baş leytenant Kazımov Vüsalın Lənkəranda yaşayan ailəsini ziyarət edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən K.Vüsal "Vətən uğrunda" , "Xocavəndin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif edilib.
Ailələr ilə söhbət zamanı şəhidlərin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onların xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Ailələrin sosial vəziyyəti ilə maraqlanılıb.
Bildirilib ki, bütün şəhid ailələrinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Şəhidlərimizin ailələrinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.