16–19 iyul tarixlərində Yaponiyanın Osaka şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) təşkilatçılığı ilə “Hamı üçün təhlükəsizlik, sağlamlıq və rifah üzrə Beynəlxalq Simpozium” adlı tədbir keçirilir.
Tədbir əmək müfəttişliyi sahəsində aktual olan rəqəmsallaşma, davamlı inkişaf, əməyin mühafizəsi, təhlükəsizlik və sağlamlığın idarə olunması, sosial təminat, pensiya sistemi, təhsil və təlim sahəsində yeniliklər və qabaqcıl təcrübələrə həsr olunub.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini İlqar Məmmədov və Xidmətin Bakı Şəhər İdarəsinin rəisi Rüfət Əliyev iştirak edirlər.
Xidmətin nümayəndələri əmək hüquqlarının müdafiəsi, təhlükəsiz və sağlam iş şəraitinin təmin olunması, rəqəmsal islahatların tətbiqi istiqamətində maarifləndirici tədbirlərin əhəmiyyətini diqqətə çatdırıblar.
Sonda Xidmətin nümayəndələrinə Beynəlxalq Əmək Müfəttişliyi Assosiasiyasına (IALI) üzvlüklə bağlı sertifikatlar təqdim olunub.
Beynəlxalq tədbirdə BSTA-ya üzv qurumların mütəxəssisləri və rəhbərləri iştirak edirlər.