Dövlət Əmək Müfəttişliyi Xidməti əməkdaşlarının nəzəri və praktik biliklərinin artırılması məqsədilə Xidmətin regional şöbələrinin əməkdaşları üçün bir ay davam edən təlim proqramı uğurla yekunlaşıb.
Təlim proqramı "Dövlət qulluqçularının etik davranış qaydaları", "Korrupsiyaya qarşı mübarizə", "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" və "Xidmətin Antikorrupsiya İdarəetmə Sistemləri və Siyasətləri" istiqamətlərini əhatə edib. Təlimlərə Xidmətin regional şöbələrinin bütün əməkdaşları cəlb edilib.
Yekunda təlim iştirakçıları tərəfindən mövzuların mənimsənilməsi səviyyəsinin öyrənilməsi məqsədilə qiymətləndirilmə həyata keçirilib.
Qeyd edək ki, Xidmət tərəfindən əməkdaşların peşə səviyyəsinin artırılması məqsədilə təlimlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.