Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev 44 günlük Vətən müharibəsində Laçın istiqamətində gedən döyüşlərdə şəhid olmuş polkovnik-leytenant Ruslan Tağıyevin ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin Sərəncamları ilə Ruslan Tağıyev "Azərbaycan bayrağı” ordeni, "Vətən uğrunda", "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Ailə ilə söhbət zamanı şəhidin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub, onun xatirəsinin əbədi olaraq yaşayacağı vurğulanıb. Xidmət rəisi ailənin sosial vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, bütün şəhid ailələrinə, o cümlədən Ruslan Tağıyevin ailəsinə dövlətimiz tərəfindən daim diqqət və qayğı göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunan şəhid ailəsinə sosial ödənişlər də təyin edilib.
Şəhidin ailəsinin sosial vəziyyətinin bundan sonra da həmişə diqqətdə saxlanacağı vurğulanıb.