Dövlət Əmək Müfəttişliyi Xidməti yeni qanunvericilik aktlarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə edilmiş dəyişikliklərin, əmək və məşğulluq sahələrində elektron xidmətlərin genişləndirilməsinə dair tədbirləri davam etdirir.
Bu tədbirlər çərçivəsində növbəti 13 müəssisə və təşkilatın əməkdaşları üçün yeni qanunvericiliyin tətbiqi ilə bağlı təlim keçirilib. Təlim zamanı yeni qanunvericilik aktları, əmək və məşğulluq sahələrində e-xidmətlərin genişləndirilməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.
İmzalanan yeni qanunvericilik aktlarının elektron hökumətin imkanlarının genişləndirilməsində, innovativ həllərin tətbiqində növbəti mühüm irəliləyişlərə əsas olduğu vurğulanıb.