✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
18.03.26

Əmək hüququ, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi mövzusunda seminar keçirilib

×

28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Şəki şəhərində “Əmək hüququ, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi" mövzusunda seminar təşkil edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının birgə təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirə 60-dan çox iştirakçı qatılıb.

Seminarda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin nümayəndələri iştirak edərək mövzu üzrə çıxışları dinləyib, eyni zamanda qısametrajlı film izləyiblər.

Çıxışlar zamanı 28 Aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününün tarixi barədə məlumat verilib, həmçinin əməyin mühafizəsi sahəsində qüvvədə olan qanunvericiliyin tələbləri iştirakçıların diqqətinə çatdırılıb.

Bildirilib ki, bu kimi görüşlərin təşkilində əsas məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır. Həmçinin işçi və işəgötrənlərin birgə məsuliyyət və qarşılıqlı etimadına əsaslanan əməyin mühafizəsi mədəniyyətinin sağlam əmək bazarının və layiqli əməyin təməli olduğu vurğulanıb. Əmək münasibətləri iştirakçısı olan hər bir fərdin qanunvericiliyin tələblərini bilməsi və əməl etməsi istiqamətində müvafiq dövlət qurumlarının maarifləndirmə işinin əhəmiyyəti barədə geniş müzakirə aparılıb.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti