Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ASAN İnnovativ İnkişaf Mərkəzi ilə birgə işəgötürənlər üçün təlim təşkil edib.
Xidmətin Hüquq İdarəsinin Məhkəmə mübahisələri ilə iş sektorunun əməkdaşı Aydan Həsənova tərəfindən keçirilən təlim "Əmək Məcəlləsində məzuniyyət hüququ: qanunvericilik və tətbiq” mövzusuna həsr olunub.
Təlimdə iştirakçılara əmək qanunvericiliyində nəzərdə tutulan məzuniyyət hüququnun hüquqi əsasları, növləri və tətbiqi qaydaları ilə bağlı ətraflı məlumat verilib. Təlim zamanı real iş təcrübəsindən nümunələr əsasında illik, sosial, analıq və ödənişsiz məzuniyyətlərə dair ən aktual məsələlərə aydınlıq gətirilib. Həmçinin işəgötürən və işçi arasında məzuniyyət hüququndan irəli gələn hüquq və vəzifələr geniş müzakirə olunub.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.