✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
05.03.22

Əmək münasibətləri sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi işləri davam edəcək

×

Hazırda iş yerlərində əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına e-sistem üzərindən daimi və operativ nəzarət təmin edilir. Bu nəzarət işçilərin əmək hüquqlarının təminatına yönəlməklə, həm də qanunvericiliyin tələblərinin  icrası prosesində işəgötürənlərə dəstək məqsədi daşıyır.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əmək siyasəti və əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət sahəsində həsr olunmuş onlayn iclasda bildirib.

Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bunun nəticəsi olaraq ölkəmizdə geniş miqyaslı sosial islahatlar aparılır. Xüsusilə son illərdə sosial ödənişlərdə inqilabi addımlar atılıb. Bunu əməkhaqqı sistemində aydın görmək olar: son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə artaraq 130 manatdan 300 manata çatdırılıb, orta aylıq əmək haqqı 37 faiz, median əmək haqqı 74 faiz, əmək haqqı fondu 2 dəfə artıb.

S.Babayev bildirib ki, yaxın vaxtlarda işə salınacaq “Əmək münasibətləri və məşğulluq altsistemi” (ƏMAS) də işəgötürənlər və işçilər üçün vahid əmək münasibətləri platforması rolu oynayacaq və əmək münasibətlərinin daha rahat, çevik şəkildə tənzimlənməsində onlara fəal dəstək olacaq.

Qeyd edilib ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş yeni dəyişiklik də əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələrin şərti olaraq tətbiqini nəzərdə tutur və bu da onlara güzəştli yanaşmanı ehtiva edir.

Həmin dəyişiklik o deməkdir ki, əmək qanunvericiliyinin tələblərinin pozulması halına yol vermiş işəgötürən əgər müəyyən edilmiş müddətdə bu halı aradan qaldırdıqda  bəzi cərimələri ödəməkdən azad edilir.

Bununla işəgötürən həm də əmək qanunvericiliyində nəzərdə tutulan tələbləri pozduğu halda onun bu pozuntunu qısa müddətdə aradan qaldırmasını  stimullaşdırılır.

Əmək münasibətləri sahəsində normativ hüquqi bazanın mütəmadi təkmilləşdirilməsi işləri qarşıdakı dövrdə də davam edəcək. Əmək məcəllləsinə də bir çox dəyişikliklərin layihələri hazırlanıb.

Həmin layihələrin hazırlanması zamanı sosial tərəfdaşlar olan işəgötürənlərin də təklifləri öyrənilir və nəzərə alınır. Bu məqsədlə vaxtaşırı olaraq sosial dialoq müstəvisində işəgötürənlərlə görüşlər keçirilir.

Əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsində ixtisaslı kadr potensialının formalaşdırılması işlərinin mütəmadi aparıldığı da diqqətə çatdırılıb. Əsas məqsəd bu sahədə həm şəffaf, məsuliyyət və rahatlıq prinsipləri əsasında  qurulan, həm də innovativ, peşəkar yanaşmalara əsaslanan mexanizmin təmin edilməsidir.

İclasda Nazirliyin Əmək siyasəti şöbəsinin və Nazirliyin tabeliyindəki Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyəti ilə bağlı məsələlər, 2022-ci ildə qarşıda duran vəzifələr müzakirə olunub.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti