✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
19.03.26

Əmək qanunvericiliyi gender bərabərliyinə tam təminat yaradır

×

Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən əmək münasibətlərində cinsə görə ayrı-seçkiliyə yol verilmir. İşə qəbul, əmək şəraiti, əməkhaqqı və vəzifədə irəli çəkilmə məsələlərində qadın və kişilər üçün bərabər hüquqlar təmin olunur. Eyni və ya eyni dəyərli əməyə görə bərabər əməkhaqqı prinsipi də qanunvericilikdə təsbit edilib.

Ölkəmizin Əmək Məcəlləsində hamilə qadınların və azyaşlı uşaqları olan valideynlərin hüquqlarının qorunması ilə bağlı mühüm təminatlar nəzərdə tutulur. Belə ki, əmək müqaviləsi bağlanılarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti müəyyən edilmir. Hamilə qadınlar və uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların attestasiyası keçirilmir.

İşəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların müəssisənin ləğvi və əmək müqaviləsinin müddətinin bitməsi əsasları istisna olmaqla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün qısaldılmış iş vaxtı da müəyyən edilir və həmin qısaldılmış iş vaxtının müddəti həftə ərzində 36 saatdan artıq olmamalıdır. Onlara qısaldılmış iş vaxtı şəraitində çalışarkən də əməkhaqları normal iş vaxtı üçün müəyyən edilən tam məbləğlərdə ödənilir.

Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlar yalnız öz razılıqları olduğu halda gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilə, ezamiyyətə göndərilə bilərlər.

Eyni zamanda, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. İki aylığadək yaşında uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən böyüdən qadınlar doğuşdan sonra müəyyən edilmiş 56 günlük sosial məzuniyyətdən, həmçinin qeyd edilən əlavə və qismən ödənişli məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

Ölkəmizdə qadınların məşğulluq imkanlarının artırılması üçün son illər əmək qanunvericiliyində növbəti mühüm dəyişikliklər də edilib və bu islahatlar Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında nümunə kimi göstərilib. Qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən isə, hamiləliyə və doğuşa görə məzuniyyətlə bağlı müddəalar beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilib. Belə ki, məzuniyyətin doğuşdan əvvəlki hissəsi doğuş gözlənilən tarixdən uşağın faktiki doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda doğuşdan sonrakı hissə qısaldılmır.

Bütün bunlar əmək münasibətlərində gender prinsiplərinin gücləndirilməsinə xidmət edir və qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab olunmur.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti