✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
21.10.22

Əmək qanunvericiliyinin tətbiqinə nəzarət sahəsində Moldova ilə təcrübə mübadiləsi aparılır

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Moldova Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin dövlət katibi xanım Corina Ajder ilə görüş olub.

C.Ajder Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti tərkibində ölkəmizdə səfərdədir.

Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev əmək qanunvericiliyinin tətbiqinə nəzarət mexanizminin innovativ həllərin tətbiqi əsasında təkmilləşdirilməsi istiqamətində son illər aparılan islahatlar barədə məlumat verib.

Fəaliyyət və xidmətlərin rəqəmsal infrastruktur üzərində qurulması istiqamətində görülən işlər, vahid əmək münasibətləri platforması olan “Əmək və Məşğulluq” altsisteminin funksionallığı, onun əmək bazarına gətirdiyi yeniliklər, işçi və işəgötürənlər üçün faydaları diqqətə çatdırılıb. 

Əmək qanunvericiliyinə əməl olunmasına e-sistem üzərindən nəzarət imkanlarının yaradıldığı, iş yerlərində sağlam, təhlükəsiz əmək şəraitinin yaradılmasına yönələn tədbirlər, bu istiqamətdə idarəetmə sistemini müəyyən edən milli standartların hazırlanması işləri qeyd olunub.

C.Ajder Moldovada əmək münasibətləri, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti sahəsində görülən işlərdən bəhs edib. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir və təcrübə mübadiləsi aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın  Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanan yeni əməkdaşlıq sənədində əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət işinin təşkili və təkmilləşdirilməsi, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi üçün preventiv tədbirlərin həyata keçirilməsi, iş yerlərində təhlükəsizlik və risklərinin qiymətləndirilməsi sahələrində də əməkdaşlığın həyata keçirilməsi əksini tapır.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti