Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlər üçün “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar mövzusunda növbəti onlayn maarifləndirici tədbir keçirib.
Görüşdə 60-dən çox müəssisədən nümayəndə iştirak edib.
Tədbirda əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplər, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri diqqətə çatdırılıb. İşçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi və digər məsələlər haqqında məlumatlar verilib.
Həmçinin əmək haqqından tutulmalara yol verilən hallar haqqında da danışılıb.
Sonda mövzu ilə bağlı suallar cavablandırılıb.