✕
(010) 525 55 45 | 142
AZ
  • AZ
  • EN
  • Nazirlik
    • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
    • Dövlət Əmək Müfəttişliyi Xidməti
    • DOST Agentliyi
    • Dövlət Məşğulluq Agentliyi
    • Sosial Xidmətlər Agentliyi
    • Dövlət Sosial Müdafiə Fondu
    • Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya
    • Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
    • DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi
  • Müfəttişlik
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Əsasnamə
    • Strateji məqsədlər
    • İşə qəbul
    • Hesabatlar
  • Xidmətlər
    • Əmək müqaviləsi bildirişinin qeydiyyata alınması və bu barədə işəgötürənə və işçilərə məlumat verilməsi
    • Yeni və ya yenidən qurulmuş müəssisələrin, obyektlərin, istehsalat vasitələrinin əməyin mühafizəsi tələblərinə uyğunluğunu təyin edən sertifikat-pasportun verilməsi
    • İşəgötürənlərə və işçilərə əmək qanunvericiliyinin tətbiqi barədə metodiki kömək göstərilməsi
    • Müəssisə və təşkilatlarda əməyin mühafizəsi xidmətlərinin yenidən təşkili və ya ləğv edilməsinə razılıq verilməsi
    • Əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi
    • İstehsalatda baş verən bədbəxt hadisələr barədə məlumatların qəbulu və bu hadisələrin təhqiqatının aparılması
    • Əmək münasibətləri sahəsi üzrə arayışların verilməsi
  • Qanunvericilik
    • Konstitusiya
    • Məcəllələr
    • Qanunlar
    • Fərmanlar
    • Qərarlar
    • Sərəncamlar
    • Qaydalar
  • Media
    • Press-reliz
    • Elanlar
    • Fotoqalereya
    • Videoqalereya
    • Çap məhsulları
    • “DOST Müfəttiş” layihəsi
  • Sual-cavab
  • Əlaqə
  • Bloq
    • İşçilər üçün
    • İşəgötürənlər üçün
  • Ana səhifə
  • Media
  • Press-reliz
30.03.23

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kollegiya iclası keçirilib

×

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminat proqramının bu il də uğurla davam etdirildiyi vurğulanıb. 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı geniş miqyaslı sosial dəstək tədbirlərinin həyata keçirildiyini, bu tədbirlərin əhatə dairəsinin yeni layihələrlə getdikcə genişlənməkdə olduğunu bildirib.

Qeyd olunub ki, Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonra həmin insanların mənzillə təminatı proqramı beş dəfə genişlənib. Onlara postmüharibə dövründə 4500, keçən il 1500, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. Cənab Prezidentin göstərişinə əsasən bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə azı 1500 mənzil və fərdi evin verilməsi təmin olunacaq. Yaxın günlərdə həmin mənzil və fərdi evlərin verilməsinə başlanacaq.

Nazirlik tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən 1662 mənzildən artıq bir hissəsi onları ilk bron etmiş şəxslərə satılıb. Hazırda portal üzərindən mənzillərin bron edilməsi və bron etmiş şəxslərə mənzillərin satışı davam edir. Bu satışdan əldə olunan vəsait də bölgələrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına sərf olunacaq.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən son bir ildə 6,6 minədək şəxsin səyyar formada sosial-məişət, 400 şəxsin sosial-hüquqi xidmətlərlə təmin edildiyi diqqətə çatdırılıb. 

Sosial xidmət müəssisələrində ötən il 3 mindən, bu il 2300-dən çox şəxsə,  həmçinin qurumun layihələri üzrə 4 minə yaxın uşağa reabilitasiya yönümlü sosial xidmətlər, 120 ahıla günərzi xidmətlər göstərildiyi  qeyd olunub. Həssas qruplar üçün keçən il və bu il daha 3 günərzi qayğı mərkəzinin açıldığı, qarşıdakı dövrdə günərzi qayğı mərkəzləri şəbəkəsinin daha da genişləndiriləcəyi vurğulanıb. 

2022-ci ildə və bu ilin ötən dövründə 242 uşağın övladlığa verildiyi, cari ildə himayədar ailə modelinin tətbiqinə başlanmasının nəzərdə tutulduğu bildirilib.  

Nazirliyin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən görülən işlər, övladlarını dövlət uşaq müəssisələrinə yerləşdirmiş ailələrlə bağlı aparılan reinteqrasiya tədbirləri diqqətə çatdırılıb. Dövlət uşaq müəssisələri məzunlarının şəxsi inkişafına, şəhid ailələrinin  üzvlərinin, həssas qruplardan olan uşaqların ehtiyac duyduqları sosial-psixoloji dəstəklə təminatı və s. ilə bağlı Mərkəzin layihələrindən bəhs olunub. 

Sosial sahədə islahatların reallaşdırılması, sosial müdafiə sisteminin gücləndirilməsi, müvafiq sahələr üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün yeni normativ hüquqi aktların layihələrinin hazırlanması işləri diqqətə çatdırılıb. Nazirlik tərəfindən 2022-ci ildə daha 526, bu il 109, ümumən 2018-2023-cü illərdə 2 minə yaxın normativ hüquqi akt layihəsi hazırlandığı bildirilib.

Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təhlil və tədqiqat işləri,  təlimlərin idarəedilməsi üzrə e-sistemin qurulması, Observatoriyanın ixtisaslaşdırılmış təlim mərkəzi kimi fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində işlər diqqətə çatdırılıb.  

İclasda həssas əhali qruplarının sosial müdafiəsi və sosial xidmətlərlə əhatə olunması, Milli Observatoriya tərəfindən görülmüş işlər, övladlığagötürmə,  beynəlxalq və ictimaiyyətlə əlaqələr və s. sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

Paylaş:

  • LinkedIn
  • Facebook
  • Whatsapp
  • Telegram

Əmək hüquqlarınızın müdafiəsi üçün yaradılmış (+994 10) 525 55 45 WhatsApp nömrəsinə yaza bilərsiniz.

Ünvan: Bakı şəhəri, Svetlana Məmmədova küç., 107

Telefon: 142 - Çağrı mərkəzi (010) 525 55 45

Elektron poçt: demx@sosial.gov.az

Bütün hüquqlar qorunur | © Dövlət Əmək Müfəttişliyi Xidməti